Küləyin sürəti güclənəcək, çaylardan sel keçəcək-XƏBƏRDARLIQ EDİLDİ

Bakıda və Abşeron yarımadasında martın 30-da səhər cənub-qərb küləyinin qısamüddətə arabir 15-20 m/s, 30-u axşamdan 31-i səhərədək isə şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə Etikxeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, martın 30-u axşamdan 31-i səhərədək fasilələrlə yağıntılı olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 30-da gündüz şimal və qərb rayonlarından başlayaraq 31-i səhərədək bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə (Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Mərkəzi Aran, Dağlıq Şirvan, Quba-Qusar, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyinin 15-20 m/s, 30-da gündüz ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Etikxeber.az

Read Previous

Ali təhsilini yarımçıq qoyan, Vətən yolunda Şəhid olan Ceyhun Kərimov və ali təhsilli, cəmi 26 yaşında faciəli şəkildə həyatanı itirən Hilal Kərimov-İGİD, QƏHRƏMAN, VƏTƏN SEVDALISI-AĞDAMLI KƏRİMOV QARSDAŞLARI… VƏ YA ÜÇ OĞLUNDAN, ÜÇ ÖVLADINDAN İKİSİNİ İTİRƏN RƏXŞƏNDƏ ANANIN KƏDƏRLİ HƏYAT HEKAYƏTİ… – FOTOLAR

Read Next

Ailəsi tərəfindən Şamaxılı İkinci Vətən Müharibəsi Şəhidi, bir övladı Vətənə əmanət qalan Fariz Şıxəliyevin adına-BAKI ŞƏHƏRİNDƏ İFTAR SÜFRƏSİ TƏŞKİL OLUNDU… – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir