“Küyəgetmə” meylinin əhatəsi böyüyür… SABİQ DEPUTAT YAZDI

Azərbaycan sabitlik adasıdır.

İqlim dəyişikliyi, küləyin səmti, isti-soyuq hava axınlarıı “sabitlik adası”nı sərt , həm də qəfil dalğalara məruz qoya bilər …

Gəncədə iki zabitin ölümu ilə nəticələnən qətlin hədəfi polis deyil.

Polis – Azərbaycan vətəndaşının gün boyu (hər yerdə, şəhərində, kəndində, yanında, kücəsində, yolunda , parkında və s. ) qayğısını hiss etdiyi asayiş keşikçisidir.

Polis-dincliyin, təhlükəsizliyin rəmzidir.

Polis – ölkəmizdəki sabitliyin sinonimlik hüququnu mənimsəmiş peşə sahibidir.

(Baxmayraq ki, polis-sabitlik qarşılığını bizə irad tutanlar var.)…

Etiraf edim ki, son illər mən belə bir təlatüm yaşamadım. 

alqis

Ancaq əndişəmin əsasında əsla terror xofundan gələn hansısa vahimə , bədbin düşüncə dayanmır.

Cünki qətiyyətli liderimiz, Peşəkar dövlətimiz və belə sınaqlardan çıxa bilmək təcrübəmiz var.

Həyəcan yaradan nədir?…

Mən cəmiyyətin (bütövlüklə olmasa da) yalanaqarşı anomal bir ehtirasını (və ehtiyacını) müşahidə edirəm.

Adamlar həqiqətə qulaq asmaq, Həqiqəti eşitmək istəmirlər.

Yalana inanmaq istəyirlər. Və cox təəssüf ki, inanirlar.

“Küyəgetmə” meylinin əhatəsi böyüyür…

Özü də çox sürətlə…

Insanın( kütlənin, cəmiyyətin, xalqın) övqatında baş qaldırmış bu anomal təmayül dövlətçiliyimiz üçün çox böyük təhlükədir.

İstənilən radikalizmdən, hətta dini radikalizmdən də qorxuludur….

Alqış MUSAYEV,

Sabiq millət vəkili

Etikxeber.az

Read Previous

Terrorçular, təxribatçılar öz istəklərinə çata bilməyəcəklər… – MİLLƏT VƏKİLLƏRİ

Read Next

“Bu cinayətkarlar müsəlman deyillər”- Prezident güc nazirlərini topladı- FOTOLAR – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir