Las-Veqasda atışmada: Ölənlərin sayı 50-ni ötüb, 100-dən çox yaralı var – YENİLƏNİB (2)

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalının iştirakçılarının atəşə tutulması nəticəsində ölənlərin sayı 50-ni keçib.

Atışmada 200 nəfərdən çox insan yaralanıb.

Polis hadisəni törədən 64 yaşlı yerli sakin, Stiven Paddoku zərərsizləşdirib

S. Paddok “Mandalay Bay” Hotelin 32-ci mərtəbəsindən açıq havada keçirilən festivalın iştirakçılarına atəş açıb.

Hazırda polis hadisəni törədən şəxsin qadın tanışını axtarır. Meri Lu Denli adlı qadının S. Paddokla əlbir olduğu ehtimal edilir.

***
12.42

ABŞ-ın Las-Veqas şəhərində musiqi festivalı iştirakçılarına atəş açılması nəticəsində 20-dən çox insan həlak olub, 100-dən çox yaralı var.

Bu barədə Las-Veqasın Polis Departamentinin rəhbəri bildirib.

Ölənlər arasında polis əməkdaşları da var.

***

10.52

Las-Veqasda baş verən atışma zamanı 2 nəfərin öldüyü təsdiqlənib.

Bu barədə “Reuters” yerli xəstəxanaya istinadən xəbər yayıb.

Atışma nəticəsində 24 nəfərin yaralandığı bildirilir.

Hadisənin törədən şəxsin axtarışları davam etdirilir.

***

10.37

Las-Veqasda kazinolardan birinin yaxınlığında atışma olub.

Etikxeber.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərə görə, “Mandalay Bay Casino”nun konsert salonunda baş verən insident nəticəsində xeyli sayda ölənin olduğu bildirilir. İndiyədək 20-dən artıq şəxs xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, naməlum şəxs kazinoda konsertə gələn şəxslərə atəş açıb. Polisin yaydığı xəbərdarlıqda insanların həmin ərazidən uzaqlaşması xahiş olunub.

Kazinoya yaxın yollarda hərəkət məhdudlaşdırılıb.

Etikxeber.az

Read Previous

Deputatlar Zakir Fərəcovun separatçı “Bərzanipərəst” kadrından danışdılar və…

Read Next

“DEMOKRATİYADAN VƏ XAOSDAN DOĞULAN DÖVLƏTLƏR…” – Zahid Oruc yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir