“Linc” edərik…Amma tələsməyək! – KAMİL HƏMZƏOĞLU YAZDI

Hələ tələsik nəticə çıxarmağa, hələ tələsik “qərar” verməyə, hələ tələsik millət vəkili Əli Hüseynlini tənqid-ittiham, “linc” etməyə, “gilyotin”ə atmağa da tələsməyək…

Biri var ruspərəst, Rusiyapərəst, Rus, Rusiya sevadlısı olmaq (onlar üçün milli maraqlar deyilən heç nə yoxdur, ancaq qorxulu şəxsi maraqlar var…), biri də var böyük və önəmli qonşu olan Rusiya ilə normal, bərabərhüquqli əməkdaşlıq, müttəfiqlik münasibətləri qurulmasının, buna nail olunmasının tərəfdarı olmaq…Bunlar ayrı-ayrı, fərqli məsələlərdir…

İllüziyalara, boş xəyallara da qapılmayaq, proseslərə, gəlişmələrə, baş verənlərə, xüsusilə də, birbaşa milli və dövlətçilik maraqlarımız daxilində olanlara artıq ötən əsrin 80-ci illərin sonlarının, 90-cı illərinin əvvəllərinin düşüncəsi ilə yanaşmayaq, o rakursdan baxmayaq…

O vaxtlardan çox sular axıb, keçib…Nə zaman həmin zamandır, nə dünya o dünyadır…Hər şey dəyişib artıq (bəzi alt qatlardakı məqamlar istisna olmaqla)…

Eks-prezident Ayaz Mütəllibovun dövründə, müstəqilliyin ilk günlərində populistcəsinə MDB ilə bağlı buraxdığımız acı səhvlərimizi KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) ilə bağlı məsələdə də – yenə də tələsik nəticə çıxarıb, tələsik qərar verməklə- təkrarlamayaq…O zaman məsələyə dar düşüncə ilə yanaşıb, qərar verməklə hansı ağır sonucları yaşadığımızı və hələ də yaşadıqlarımızı hamımız yaxşı bilirik…Təkrarlamağa, xatırlatmağa da ehtiyac yoxdur…Özü, özləri xatırladır hər gün…

Mütəllibovun səhvləri olub, heç kim onları inkar etmir, həmin səhvlərini zaman-zaman deməkdə də hər kəs haqlıdır…Amma və lakin…MDB məsələsində onun mövqeyini anlamaq və qəbul etmək lazım idi…Təəssüflər ki…

Yəni,MDB SSRİ-nin bərpası olmadığı kimi, KTMT də Azərbaycanın NATO və digər qurumlarla əməkdaşlıqdan, avroatlantik məkana inteqrasiyadan uzaqlaşması, uzaqlaşdırılması demək deyil və olmayacaq…

xazar-ilya-3

Şəxsən qəti şəkildə əminəm ki, İLHAM HEYDƏROĞLU buna imkan verməyəcək, necə ki, bu günə qədər imkan verməyib… Mərhum HEYDƏR ƏLİYEV kimi o da Azərbaycanın milli və dövlətçilik maraqlarından zərrə qədər geri çəkilməyib, daim MÜSTƏQİL XƏTT yürüdüb…

Mənim illərdir yaxından tanıdığım Əli Hüseynli də Rusiyapərəst və Rus, Rusiya sevdalısı deyil, məhz Azərbaycanpərəst və Azərbaycan sevdalısıdır…O, nə dediyini, nə danışdığını da yaxşı bilən və dediklərinin, danışdıqlarının da məsuliyyətini gözəl anlayan insan-siyasətçidir…Populizmdən, çığır-bağırdan uzaq olan gerçəkçi biridir…

KTMT məsələsində səmimi, dürüst, ürəyi doğrudan da, Azərbaycanla döyünən əksfikirli insanların mövqelərini də anlayışla və hörmətlə qarşılayıram…

Artıq şüvənlik, hay-küy, yalançı, fırıldaqçı, saxta “millətçilik” dövrü və onların zamanı deyil…

Zaman gerçəkçilərin, realistlərin, praqmatiklərin, hay-küydən, populizmdən uzaq olanların və Azərbaycan məhz Azərbaycan kimi sevənlərin zamanıdır…

ali-huseynli-1

Nə qərbçilərin, nə şərqçilərin, nə cəbunçuların, nə şimalçıların yox, ürəyi Azərbaycanla döyünənlərin və düzgün qərar verənlərin zamanıdır!

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Əsgər ölümünə görə 3 nəfər həbs edildi – HƏRBİ PROKURORLUQ

Read Next

“Qarabağ”la “Şerif” arasında ilk oyun avqustun 23-də keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir