Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırdı

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanı dövlətlərarası müqavilələri pozmaqda günahlandırıb.

Etikxeber.az  “İnterfaks”a istinadən məlumat verir ki, A. Lukaşenko ictimaiyyət nümayəndələri və jurnalistlərlə görüşündə Belarusla sərhəd zonasında sərhəd rejimi tətbiq edən Rusiyanın addımını tənqid edib: “Təsəvvür edin, dövlətlərarası müqavilələr var və hansısa nazir, qoy olsun lap güclü nazir, “fesbşnik” və sairə, bir qələmlə bütün razılaşmaların üstündən xətt çəkərək özünün 801, 802 və 803 saylı fərmanlarını imzalayır. Bu, nədir? Normaldır?!”

Xatırladaq ki, fevralın 1-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Belarus sərhədində – Pskov, Smolensk və Bryansk vilayətlərində sərhəd zonaları yaradılması barədə 3 əmr imzalayıb.

Etikxeber.az

Read Previous

Zeynəb Xanlarovanın oğlu Ramiz Həsənova müavin təyin olundu – FOTOLAR – YENİLƏNİB

Read Next

“Pambıqçı qızlar mat qalmışdılar…” – Fərhad Bədəlbəyli

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir