Lütfiyar İmanovun oğlu və Gülər Əhmədova qeydə alınmadı-BDU-NUN PROFESSORU İSƏ NAMİZƏD OLDU

Deputatlığa namizədliyini irəli sürən tanınmışlardan ikisinin namizədliyi qeydə alınmayıb.

Etikxeber.az-ın xəbərinə görə, bunlar  sabiq deputat Gülər Mikayıl qızı Əhmədova və SSRİ Xalq artisti, “İstiqlal” ordenli korifey sənətkar-mərhum Lütfiyar İmanovun oğlu Rafiq İmanovdur.

Qeyd edək  ki, G.Əhmədova namizədliyini əvvəllər deputatı olduğu Yasamal rayonundan, 16 saylı Yasamal ikinci seçki dairəsindən irəli sürüb.

“Lütfiyar İmanov Musiqili Teatrı” İctimai Birliyinin sədri olan R. İmanov da həmin dairədən seçkilərə qatılıb.

Hər ikisi  imza vərəqlərini 16 saylı Dairə Seçki Komissiyasına (DSK)  təhvil versələr də, namizədlikləri qeydə alınmayıb.

Onu da qeyd edək ki, sabiq YAP-çı G. Əhmədova 3 dəfə Milli Məclisin (MM) üzvü olub.

O, 2-ci, 3-cü və 4-cü çağırış MM-də təmsil olunub.

Ancaq 3-cü müddətini axıracan başa vura bilməyib.

Belə ki, 2013-cü ildə onun səlahiyyətlərinə xitam verilib, həbs olunub, Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilib.

2014-cü ilin mayın 5-də isə məhkəmə zalından azadlığa buraxılıb.

Eyni zamanda, həmin dairədən sonuncu gündə, yanvarın 16-da tanınmış Müsavatçı, BDU-nun professoru Almaz Məmmədlinin namizədliyi qeydə alınıb.

YAP  isə oradan Səfərov İlham İlyas oğlunun namizədliyini irəli sürüb və namizədliyi də qeydə alınıb.

Bu yerdə qeyd edək ki, həmin dairəni hazırda MM-də iki dəfə millət vəkili seçilən professor Aytən Mustafazadə təmsil edir.

Lakin A. Mustafazadə 3-cü dəfə seçkilərə qatılmayıb.

Etikxeber.az

Read Previous

Tanınmış hərbi veriliş aparıcısı da – DEPUTATLIĞA NAMİZƏDDİR

Read Next

Qənirə Paşayeva, Eldəniz Səlimov, Tahir Rzayev və Azər Badamov-TƏŞVİQATA START VERDİLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir