Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oktyabrın 1-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, komitə sədri Eldar İbrahimov iclasın gündəliyini təqdim edib.
Əvvəlcə “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, sənəddə edilməsi nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 2017-ci il 1 dekabr tarixli Qanununa uyğunlaşdırmaq məqsədi daşıyır.
İclasda, həmçinin “Fitosanitar nəzarəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi birinci oxunuşda nəzərdən keçirilib. Dəyişikliyə əsasən Qanuna 34.5-ci maddə əlavə edilir. Maddədə deyilir: “Bu Qanun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir”.
Daha sonra “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihəsinə baxılıb. Dəyişikliklərə əsasən, “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsinə “Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir” məzmunlu ikinci hissə əlavə edilir. Məcburi köçkünlərə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Qanunun 10-1-ci maddəsinə uyğun olaraq həyata keçiriləcək.
İclasda, həmçinin “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, eyni zamanda, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələrinə də baxılıb.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az