Yanvarın 31-də Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin iclası keçirilib.
Etikxeber.az xəbər verir ki, komitə sədri Eldar İbrahimov müzakirə olunan məsələlər barədə məlumat verib.
E.İbrahimov deyib ki, komitə 2018-ci ilin payız sessiyasında 11 iclas keçirilib, bu iclaslarda 27 məsələ, o cümlədən 15 qanun layihəsi müzakirə olunub.
Onun sözlərinə görə, ötən dövrdə komitəyə 29 vətəndaş tərəfindən ərizə, şikayət və müraciət daxil olub.
Onlardan 17-si isə tədbir görülməsi üçün aiddiyyəti üzrə müvafiq təşkilatlara göndərilib.
“Həmin ərizələrin 7-si kənd təsərrüfatı məsələləri və torpaq islahatı haqqında, digərləri isə sosial, işsizlik, səhiyyə, məhkəmə və vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlərlə bağlı olub”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az