“Mən mərd bir qadınam, dərhal və birbaşa…” – MERAL AKŞƏNƏR

Bir müddət öncə MHP sıralarından kənarlaşdırılan əski daxili işlər naziri və TBMM sədrinin sabiq müavini, Türkiyənin ən nüfuzlu siyasilərindən olan Meral Akşənər 16 aprel referendumundan sonra səssizliyini nəhayət, bu gün pozub.

Etikxeber.az-ın xəbərinə görə, o, bu gün Ankarada olub və bir sıra önəmli açıqlamalarda bulunub.

meral abla

M. Akşənər ilk öncə yeni partiya quracağı ilə bağlı xəbərlərə reaksiya verib:

“Bunların heç biri doğru deyil.

Mən mərd bir qadınam.

Əgər belə bir məsələ olarsa, heç arxalardan dolanmadan bunu birbaşa və dərhal söylərəm.

Amma belə bir məsələ yoxdur”.

CXP-nin eks genəl başqanı Dəniz Baykalın 2019-cu il prezident seçiklərində adıçəkilən partiyanın namizədi qalib gələcəyi təqdirdə, CXP hakimiyyətində  vitse-prezidentlərdən birinin də M. Akşənər olması təklifinə isə M. Akşənər sərt yanaşma sərgiləyib:

baykal-3

baykal-2

“Hörmətli Dəniz Baykal Türkiyənin  çox önəmli siyasət adamlarındandır, hüquqçudur. Ancaq onun belə bir açıqlamasını siyasi nəzakətsizlik hesab edirəm”.

Etikxeber.az

Read Previous

“Asmaqla, kəsməklə…” – Kılıcdaroğlu-Baykal-İncə gərginliyi davam edir

Read Next

İslam Həmrəyliyi Oyunlarındakı Azərbaycan paralimpiya millisinin heyəti açıqlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir