Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Oktyabrın 28-də Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Mərkəzi Bankın cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 manat olan 6 milyon ədəd qısamüddətli notlarının emissiya prospekti 52S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
Palatadan Etikxeber.az-a bildiriblər ki, bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən, həmçinin Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100152S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Sözügedən notların tədavül müddəti 28 gündür.
Etikxeber.az