Mərkəzi Bank kredit təşkilatlarına məqsədli kreditlərin verilişini dayandıra bilər

“Azərbaycan Mərkəzi Bankı haqqında” qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

Etikxeber.az xəbər verir ki, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Mərkəzi Bankı haqqında” qanun layihəsi müzakirə olunub.

Layihədə “Azərbaycan Mərkəzi Bankı haqqında” qanunun kredit təşkilatlarına məqsədli kreditlərin verilməsi ilə bağlı olan 49-1-ci maddəsinin ləğv edilməsi təklif olunur.

Qeyd edək ki, qanunun hazırda qüvvədə olan bu maddəsinə əsasən Azərbaycan Mərkəzi Bank (AMB) sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara məqsədli kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini AMB-nin İdarə Heyəti müəyyən edir.

Qanunun 49-1.2-ci maddəsinə əsasən, məqsədli kredit üzrə borc öhdəliyinin dövlət zəmanəti hesabına həyata keçirilməsi zərurəti yarandıqda və bu öhdəliyin tam və ya bir hissəsinin icrası AMB-nin razılığı ilə dövlətin buraxdığı borc qiymətli kağızları ilə həyata keçirildikdə, tənzimləyici emissiya şərtlərinə uyğun olaraq həmin qiymətli kağızları ilkin bazarda əldə edir.

Qanun layihəsi MM-in plenar iclasına tövsiyə edilib.

Etikxeber.az

Read Previous

Özbaşınalığa görə tətbiq edilən cərimənin miqdarı artırılır?!

Read Next

Banklara sərbəstlik vermək əvəzinə, nəzarəti sərləşdirə-sərtləşdirə gedirik – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir