Məzarının üstü hələ də götürülməyən Şəhidimiz-Calal Calalzadə…MUSTAFAAĞALI, YOXSA CALALLI? – FOTOLAR

Calal Qaryağdı oğlu Calalzadə…

Azərbaycanın, Qəhrəman Bərdənin daha bir İkinci Vətən Müharibəsi iştirakçısı, daha bir İgidi, daha bir Qəhrəmanı, daha bir Şəhidi…

Daha bir nur üzlümüz, daha bir şir ürəklimiz…

Qələbəmizə, Zəfərimizə görə, ruhu qarşısında borclu olduğumuz, borcunu heç zaman ödəyə bilməyəcəyimiz daha bir Vətən sevdalımız…

Bərdədə Şəhid ailələrini növbəti ziyarətimiz zamanı rayonun ucqar Mustafaağalı kəndinə, Tərtər-Ağdərə istiqamətində Şəhid olan Calal Qaryağdı oğlu Calalzadəgilə, Şəhidimizin ailəsinə baş çəkməyə gedirik…

1993-cü ilin oktyabrın 17-də anadan olan Calal orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb, 2011-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında xidmət edib, xidmətini başa vurduqadan az sonra həyatı yenidən Ordu ilə bağlayıb, MAXE olub…

Aprel döyüşlərinin, İyul hadisələrinin iştirakçılarından olub, İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə istiqamətində döyüşlərə atılıb…Və döyüşlərin ilk günündə Şəhid olub, oktyabrın 3-də isə nəşi Mustafaağalı kənd qəbiristanlığında torpağa tapşırılıb…Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”  medalı ilə təltif olunub…

Kimya müəllimi olan Şəhid anası Zəminə Allahverdiyevanın dediklərindən:

“Calalı axırıncı dəfə müharibədən bir gün əvvəl, ayın 26-da görmüşük…Həmin gün evə gəlmişdi, nahar etdikdən, bir qədər dincəldikdən sonra yenidən Tərtərə, öz hərbi hissələrinə yollandı…Müharibə haqqında da həmin gün bir kəlmə söz demədi…Səhərisi gün televiziyadan müharibənin başlaması xəbərini aldıq… Ondan sonra Calaldan xəbər ala bilmədik…Və sonra da Şəhidliyi xəbəri gəldi… 2020-ci ildə həm həyat yoldaşımı, həm də oğlumu itirdim, danışmaq, dözmək çox çətindir, çox…”.

Yeri gəlmişkən qeyd edək ki, Calalın Şəhidliyindən yeddi ay yarımdan çox vaxt keçsə də, hələ də məzarının üstü götürülməyib, hələ də məzarı tam hazır deyil…Bu məsələdə də ən böyük məsuliyyət məhz Bərdə rayon İcra Hakimiyyətinin və icra başçısının çiyinlərinə düşür…

Məhz onların məsuliyyətsizliyi, biganəliyi…üzündən belə bir üzücü və təəssüfedici mənzərə yaranıb…Şəhidimizin məzarının isə ən yaxşı halda yaxın bir-iki aya hazır olacağı gözlənilir…Təəssüf, təəssüf, təəssüf!

Eyni zamanda, Şəhid ailəsi, Şəhid anası kəndlərinin adının dəyişdirilməsini və Calallı adlandırılmasını istəyir və bununla bağlı yaxın zamanlarda da aidiyyatı orqanlara müraciət etməyə hazırlaşırlar…

Şəhid ailəsi ilə sağollaşıb, Calalın məzarını ziyarətə gedirik və Şəhidimizin məzarını ziyarət edərək, ona bir daha Allahdan rəhmət diləyirik!

Allah məkanını cənnətlik və nurlu etsin!

Ruhu qarşısında baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

19.05.2021, Bərdə, Mustafaağalı

Etikxeber.az

Read Previous

Ordumuzun hərbçisi Kəlbəcər rayonu ərazisində-VƏFAT ETDİ…

Read Next

Aprel və İyul döyüşlərinin, İkinci Vətən Müharibəsinin Dastan yazan Oğullarından biri-DEVRAN FAZİL OĞLU NAİBOV…ŞƏHİDİMİZƏ HAQQ ETDİYİ VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ADI VERİLƏCƏKMİ? – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir