Mahmud Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

Prezident İlham Əliyev xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyevin təltif edilməsi haqqında sərəncam imzalayıb. 

Etikxeber.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Mahmud Əhməd oğlu Məmməd-Quliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Mahmud Məmməd-Quliyev 1949-cu il fevralın 15-də Gəncə şəhərində anadan olub.

Sabah onun 70 yaşı tamam olur.

Etikxeber.az

Read Previous

Sumqayıtın 70 illiyi qeyd olunacaq – SƏRƏNCAM

Read Next

Tələbələr, doktorantlar və magistlərlə bağlı sərəncamlar imzalandı – TƏQAÜDLƏR ARTIRILDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir