Mahmud Məmmədquliyevin əmisi oğlu-VƏZİFƏSİNDƏN ÇIXARILDI, ONUN YERİNƏ BİRİNCİ VİTSE-PREZİDENT KATİBLİYİ RƏHBƏRİNİN MÜAVİNİ TƏYİN EDİLDİ

Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə virtualaz.org-a Azərbaycan Xarici İşlər Nazirliyindəki (XİN) mənbələr məlumat veriblər.

Xatırladaq ki, N. Hüseynov 2010-cu ildən nazir müavini vəzifəsində çalışırdı.

Həmçinin adıçəkilən saytın yazdığına görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Sayt daha sonra yazıb ki, Azərbaycan Prezidentinin digər Sərəncamı ilə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad olunan N. Hüseynova yeni vəzifə verilib.

Sayt XİN-nin Mətbuat xidmətinə istinadən bildirib ki, N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

Qeyd edək ki, 60 yaşlı və əslən Gəncədən olan N. Hüseynov mərhum dövlət başçısı Heydər Əliyevin ən yaxın silahdaşlarından və ən inandığı kadrlarından olan mərhum Sabir Hüseynovun oğlududur.

General S. Hüseynov H.Əliyevin birinci hakimiyyəti dönəmində Daxili İşlər nazirinin müavini vəzifəsində çalışıb və sayılıb-seçilən insanlardan olub.

S. Hüseynov eyni zamanda, Xarici İşlər nazirinin digər müavini Mahmud Məmmədquliyevin əmisidir.

Onu da qeyd edək ki, əslən Gəncədən olan 71 yaşlı M. Məmmədquliyev 27 ildir Xarici İşlər nazirinin müavini vəzifəsində çalışır.

Etikxeber.az

Read Previous

“Sabirabad-Salyan avtomobil yolu üzərində yerləşən kəndlərdə ödəmə terminallarının az sayda olması ciddi sıxıntılar yaradırdı…”-RAMİN MƏMMƏDOV HANSI QURUMA VƏ KİMLƏRƏ TƏŞƏKKÜR ETDİ?

Read Next

“Bu kimi problemlər deputatın imkan və səlahiyyətləri xaricində olsa da, biganəlik göstərə bilməzdik…”-DEPUTAT DAHA BİR SEÇİCİSİNİN PROBLEMİNƏ YARDIMÇI OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir