Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan Fransanın prezidenti işğalçı Ermənistana açıq dəstək nümayiş etdirdi. Fransa prezidenti Makron açıq şəkildə tərəf olduğunu və Ermənistanın haqsız mövqeyini dəstəklədiyini dilə gətirirsə, hansı vasitəçilikdən, sülh danışıqlarından söhbət gedə bilər?!
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım deyib.
“Unutmayaq ki, 2016-cı ildə Aprel döyüşləri zamanı da beynəlxalq ictimaiyyət bizim sülh danışıqlarına davam etməyimizlə bağlı çağırış etmişdi. Lakin 4 il keçməyinə baxmayaraq, Dağlıq Qarabağ probleminin həlli istiqamətində danışıqlar masasında heç bir ciddi addım atılmadı”-deyən millət vəkili bildirib ki, bu gün isə Ermənistanın gizli havadarları artıq özlərini ifşa edərək, açıq şəkildə işğalçı ermənilərin yanında olduğunu bildirirlər.
“Belə olan halda, yenidən danışıqlara başlamağın heç bir anlamı yoxdur. Əgər onlar bu müharibənin davam etməsini istəmirlərsə, işğalçı Ermənistan silahlı qüvvələri torpaqlarımızı xoşluqla tərk etməlidir. Beynəlxalq birlik də müharibənin dayandırılmasını istəyirsə, Ermənistana təzyiq etməlidir ki, işğal etdiyi torpaqlarımızı tərk etsin. Əks halda qüdrətli ordumuz torpaqlarımızı mənfur düşməndən təmizləyəcək”-deyə, millət vəkili əlavə edib.
Etikxeber.az