“Makron artıq regiondakı reallığı daha yaxşı anlayır, onun hərəkətləri proqnozlaşdırılandır…”-POLİTOLOQ

Fransada keçirilən Prezident seçkisində namizədliyini irəli sürənlərin heç biri yumşaq desək, Azərbaycanın dostu adlandırılacaq şəxslər deyildi. Onlardan ikisi Erik Zemmur və Valeri Pekres isə seçki öncəsi Ermənistana gəlməklə Fransadakı hay lobbisinin diqtəsiylə durub-oturacaqlarını sərgiləmişdilər. Zamanında SSRİ-nin bəlli strukturlarıyla sıx əməkdaşlıq etdiyindən xanım Pekresi Rusiya hərbi kontingentinin rəhbərliyi Azərbaycandan izinsiz, xəlvətcə hətta Qarabağa da buraxmışdı.

Və detallara varmadan deyim ki, bu xanımın seçkini biabırcasına uduzmasında həmən səfərin heç də az rolu olmadı, çünki ondan sonra qaranlıq keçmişi daha geniş şəkildə xatırladılmağa başladı.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.

Onun sözlərinə görə, beləliklə, aprelin 24-də keçiriləcək ikinci tura ötən seçkidə olduğu kimi Fransanın hazırkı Prezidenti Makronla(28, 4%) ultra millətçı Marin Le Pen(23,4%) çıxır.

“Görünən budur ki, fövqalədə nəsə baş verməsə, ikinci turda yenə 2017-ci ildəki nəticə təkrarlanacaq- Makron böyük səs çoxluğuyla xanım Le Penə qalib gələcək. Ona görə ki, Erik Zemmuru çıxmaqla birinci tura qatılan digər beş namizəd artıq seçicilərini Le Penin əleyhinə səs verməyə çağırıblar. Fransa elitasının tərkibini və baxışlarını nəzərə alsaq, bizim üçün də orada seçkinin belə nəticələnməsi daha məqbuldur.

Çünki Makron artıq bu regiondakı reallığı daha yaxşı anlayır, onun hərəkətləri proqnozlaşdırılandır. Seçkiöncəsi Fransa Prezidentinin bəzi təşəbbüslərinə rəsmi Bakının olumlu yanaşması, həmən ökənin bir sıra aparıcı şirkətlərinin təmsilçilərinin Azərbaycana səfərləri elə dediyimin dolayısıyla təsdiqidir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Fransada prezident seçkilərinin ikinci turu-APRELİN 24-DƏ OLACAQ…

Read Next

“Ermənistan tərəfinin dağıdıcı mövqeyini qətiyyətlə qınayırıq”-XİN-DƏN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir