Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Mərkəzi Bank 4 fazilik marjanı ləğv etsə də, düzünü desəm, bu gün Azərbaycanın manatın tam üzən məzənnəyə keçidinə hazır olduğunu görmürəm”.
Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Tahir Kərimli deyib.
Onun sözlərinə görə, manatın tam üzən məzənnəyə keçidində naratlıq doğuran məqam isə ondan ibarətdir ki, əhalidə manata inamsızlıq yaradılıb.
“Əhalidə manata inamsızlıq yaradıldığından vətəndaş əldə etdiyi gəliri dərhal xarici valyutaya çevirmək istəyir. Bax bu, narahatçılıq doğuran məsələdir. Tam üzən məzənnəyə keçilərsə, bu, müəyyən fəsadlarla müşahidə oluna bilər”– deyə, millət vəkili vurğulayıb.
Maliyyə bazarında yaranmış vəziyyətə görə bankları da fəaliyyətsizlikdə ittiham edən millət vəkili deyib ki, bu məsələdə bankların günahı az deyil:
“Onlar yaranmış vəziyyətdə hərəkət etmir. Banklar da oturub hökumətdən nəsə umur. Bax bu məsələlər bizi narahat edir. Çünki Azərbaycanda oturşmuş maliyyə bazarı yoxdur”.
O, hesab edir ki, Azərbaycanda oturuşmuş maliyyə bazarı, maliyyə birjaları olmadığından, manatın məzənnəsi tənzimlənməlidir
“Əgər maliyyə birjası sərbəst fəaliyyət göstərə bilmirsə, o zaman manat tənzimlənən üzən məzənnə ilə idarə olunmalıdır. Manatın məzənnəsi Mərkəzi Bank tərəfindən tənzimlənməlidir. Əks təqdirdə, bu, fəsadlara yol aça bilər.
Yəni, nəticədə ölkədə maliyyə bazarında intizamın pozulmasına gətirib çıxarar. Necə deyərlər, Marksın sözü ilə ifadə etsək, “əgər bir ölkəni məhv etmək istəyirsənsə, onun bank sistemini və maliyyə bazarını laxlat”.
Odur ki, bu məsələdə ehtiyatlı olmalıyıq və maliyyə bazarına ciddi nəzarət edilməlidir”– deyə, T. Kərimli vurğulayıb.
M.B
Etikxeber.az