Tripolidə İngiltərənin Mançester şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı həbs edilib.
Etikxeber.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir.
Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb. Onun həbsini Tripolidə yaşayan qardaşların atası Ramadan Abedi təsdiqləyib.
Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
***
Mançesterdə terror aktı törədən Salman Abedinin atası da saxlanılıb.
Ramadan Abedi Tripolidə televiziyaya müsahibə verərkən maskalı şəxslər tərəfindən saxlanılıb.
Onun 90-cı illərdə Liviya İslam Döyüşçü Qrupunun (LİFG) üzvü olduğu ehtimal edilir. Təşkilat Böyük Britaniyada terrorçu kimi tanınır.
Etikxeber.az