Masallını da yağış “iflic” etdi…

İntensiv yağıntılar səbəbindən Masallının ayrı-ayrı yaşayış məntəqələrində subasmalar qeydə alınıb.

Etikxeber.az-ın APA-nın cənub bürosuna istinadən məlumatına görə, ən acınacaqlı vəziyyət rayonun Böyük Təklə kəndindədir.

Bu kənddə 50-ə yaxın fərdi ev sel sularının altında qalıb. Sel suları evlərin zirzəmilərinə dolub, əkin sahələrinə ciddi ziyan vurub. Bundan əlavə xeyli sayda ev quşu tələf olub.

Yerli sakinlərin sözlərinə görə, onlar artıq ikinci ildir analoji problemlə qarşılaşırlar.

Bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Etikxeber.az

 

Read Previous

Prezident V Qlobal Bakı Forumuna dəvət olundu

Read Next

Yeni gəmi ilə sərnişin, vaqonlar və avtomobillər daşınacaq – NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir