“Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib” – DEPUTAT NARAZIDIR

Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2016-cı il üzrə illik məruzəsi Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin martın 1-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Etikxeber.az-ın məlumatına görə, komitə sədri, vitse-spiker Bahar Muradova bildirib ki, illik məruzə hərtərəfli hazırlanıb.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məruzə və müraciətlər barədə məlumat verərək deyib ki, Ombudsmanın fəaliyyət göstərdiyi 15 ildə 148750 müraciət daxil olub. Bunlardan 18740-ı ötən ilin payına düşür. O qeyd edib ki, daxil olan ərizələrin 57 faizi icraata götürülməyib.

amasov

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə Azərbaycanın insan hüquqları üzrə müvəkkilinin mətbuat üzrə fəaliyyətindən narazılığını bildirib.

Ə. Amaşov bildirib ki, bir müddət əvvəl Media Ombudsmanı yaradılaraq Ombudsmanın səlahiyyətinə verilib:

“Təəssüf ki, bu institut özünü doğrultmadı”.

Millət vəkilinin sözlərinə görə, ötənilki məruzədə media üzrə müraciətlərin olmaması sübut edir ki, Media Ombudsmanı ilə bağlı əməli iş görülməyib:

“Ombudmanımızı ən fəal, ən demokratik qurumlarımızdan biri kimi dəyərləndirdəm də, media ilə bağlı sahədən çox narazıyam”.

B. Muradova isə bildirib ki, Media Ombudsmanı sahəsi ilə bağlı hər hansı çatışmazlıq varsa, bunun məsuliyyəti tək Ombudsmanın deyil, media tərəfinin, o cümlədən Mətbuat Şurasının da də üzərindədir.

Müzakirələrdən sonra məruzə plenar iclasa tövsiyə olunub.

Etikxeber.az

Read Previous

“Cocuq Mərcanlıdan Şuşaya”… – FOTOLAR

Read Next

“Gərginlik hələ səngiməyib və hələ də hiss olunmaqdadır…” – MURADOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir