Mehriban xanımın birinci vitse-prezident təyin edilməsi ədalətli qərardır – DEPUTAT

“Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi düzgün, ədalətli , yerində və hər kəsin ürəyincə olan bir qərardır. Mehriban Əliyeva uzun müddətdir ölkənin ictimai və siyasi həyatında ən aparıcı simalardan biri kimi tanınır. Ayrıca qeyd etməyə dəyər ki, onun fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır, həm də ölkə xaricində Azərbaycanı ən yaxşı, ən uğurlu, ən layiqli təbliğ edən insanlardan biridir. Onun ictimai və siyasi fəaliyyətinin coğrafiyası kifayət qədər genişdir və ölkəmizə böyük siyasi və mənəvi dividentlər gətirir”.

mehriban xanim-4

Bu fikirləri  Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva bildirib.

MM-in komitə sədrinin müavini qeyd edib ki, M. Əliyeva böyük humanist və xeyriyyəçidir.

Onun sözlərinə görə, M. Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ölkəmizdə böyük əks-səda doğuran çoxsaylı xeyriyyəçilik layihələri həyata keçirir.

J. Əliyeva bildirib ki,  M. Əliyeva eyni zamanda, MM-in deputatı olaraq o, bir neçə amnistiya aktlının qəbul olunması təşəbbüsünü irəli sürüb, on minlərlə insanın azadlığa qovuşmasının səbəbkarı olub.

mehriban xanim-preziodent

“Mehriban xanımın xidmətləri, gördüyü işlər, həyata keçirdiyi layihələr saysız-hesabsız və misilsizdir. Bu haqda saatlarla, günlərlə bəhs etmək olar. Bütün bunlar isə heç şübhəsiz ki, onun belə bir yüksək dövləti vəzifəni tutmasını haqq etdirirdi, o, birinci vitse-prezident postuna ən layiqli namizəd idi. Bu, həm də cəmiyyətin gözləntisi, istəyi, sifarişi idi və nəticə etibarı ilə də cəmiyyətin gözləntisi özünü doğrultdu.

mehriban xanim-3

Bir sözlə,  Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması idarəçilik sisteminin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən işlərə xüsusi dinamika verəcək, inkişaf, müasirləşmə strategiyasının bundan sonra da uğur qazanmasına əhəmiyyətli təkan olacaq”-deyə, J. Əliyeva daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Dəm qazı daha iki can aldı, Gəncədə iki bacı boğularaq öldü – “AZƏRİQAZ” İSƏ SUSUR

Read Next

“Krasnodar”, “Şalke” və “Mançester Yunayted” növbəti mərhələdə…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir