Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Meksika hökuməti ABŞ Prezidenti Donald Trampın iki ölkə arasında səddin tikintisinə başlamaq qərarını tənqid edib.
Etikxeber.az Euronews telekanalına istinadla xəbər verir ki, Meksikanın bir neçə siyasətçisi Birləşmiş Ştatları məhkəməyə verməyə çağırıb. Ölkə Prezidenti Enrike Penya Nyeto isə öz növbəsində Trampın israr etməsinə baxmayaraq, səddin tikintisi üçün pul ödəməyəcəyini bir daha bəyan edib.
Nyeto ABŞ prezidentinin bu qərarı Meksika hökumət nümayəndələrinin Vaşinqtonda ticarət, təhlükəsizlik və miqrasiya məsələlərini müzakirə etdiyi bir vaxtda verməsindən təəssüfləndiyini bildirib.
Meksika Prezidentinin yanvarın 31-də Vaşinqtona planlaşdırılan səfərinin baş tutacağı hələlik məlum deyil.