Metro sentyabrın 15-dək-İŞLƏMƏYƏCƏK

Bakı metrosu sentyabrın 15-dək işləməyəcək.

Etikxeber.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 3 iyul tarixli 236 nömrəli qərarında əksini tapıb.

Qərara əsasən, Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyətinin dayandırılması ilə bağlı bənddə “31 avqust” sözləri “15 sentyabr” sözləri ilə əvəz edilib.

Başqa sözlə, Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti 2020-ci il 15 sentyabr saat 06:00-dək dayandırılır.

Etikxeber.az

Read Previous

“Bunlar heç bir halda Ermənistan ordusunu güclü etməyəcək və Azərbaycan öz güclü ordusuyla ən qısa zamanda ərazi bütövlüyünü bərpa edəcək”-MİLLƏT VƏKİLİ

Read Next

Yoluxmada yenidən artım-188 – DAHA 2 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir