Metronun fəaliyyəti, rayonlar və şəhərlərarası sərnişindaşıma bərpa olunur-AÇIQ HAVADA MASKA TAXMAQ TƏLƏBİ ARADAN QALDIRILR, AZƏRBAYCANDA COVİD PASPORTU TƏTBİQ OLUNACAQ – YENİLƏNİB – (2)

Mayın 31-dən Bakı metropoliteni sərnişindaşıma fəaliyyətini bərpa edir.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.

***

Mayın 31-dən Azərbaycanda açıq havada tibbi maskadan istifadə ləğv olunur.

Bu haqda Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.

***

Mayın 31-dən şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Bu barədə də Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində bildirib.

12:38

***

Azərbaycanda COVİD pasportu tətbiq olunacaq.

Şahmar Mövsümov bu barədə də məlumat verərək bildirib ki, iki doza vurulanlara vaksin sertifikatı veriləcək:

“İkinci sertifikat isə immunitet sertifikatıdır. Bu, xəstələnib sağalanlara veriləcək. Bu iki sertifikatın hər ikisi COVİD pasportu adlanacaq. Bunların hər hansı birinə malik olanlar idman sağlamlıq obyektlərinin xidmətindən istifadə edə biləcəklər. Gələcəkdə bu yanaşmanın toylara tətbiqi nəzərdə tutulur. Konsert, teatr və şənlik xidmətlərindən istifadə etmək istəyənlərə də COVİD pasportu tətbiq olunacaq”.

Etikxeber.az

Read Previous

MM-in iclası- ELMAN NƏSİROV GÖMRÜK KOMİTƏSİNİ OPERATİVLİYƏ SƏSLƏDİ, MƏLAHƏT İBRAHİMQIZI “ANALAR GÜNÜ” TƏKLİFİNİ SƏSLƏNDİRDİ, SİYAVUŞ NOVRUZOV “4 PRİNSİPİAL MƏSƏLƏ”DƏN DANIŞDI VƏ “ŞUŞA MƏSƏLƏSİ” MÜZAKİRƏDƏN KEÇDİ… – YENİLƏNİB – (5)

Read Next

MM-in növbəti iclası-İKİ GÜN SONRA OLACAQ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir