“Milan” “Çelsi”nin üç futbolçusu ilə maraqlanır…

İtaliyanın “Milan” klubu Londonun “Çelsi” komandasının üç futbolçusu ilə maraqlanır.

Etikxeber.az “Sport.ru”ya istinadən xəbər verir ki, İtaliya klubu Sesk Fabreqas, Qari Kahil və Andreas Kristensenin transferi üçün danışıqlara başlayıb.

“Milan” bununla komandada zədəli futbolçularla bağlı yaranmış problemi həll etmək istəyir. Klub bu futbolçuları icarəyə götürməyi planlaşdırır.

İtaliya təmsilçisi bu üç futbolçu arasından daha çox Sesk Fabreqasın transferinə nail olmağa çalışır. Fabreqasın və Kahilin “Çelsi” ilə müqavilələrinin müddəti 2019-cu ilin yayında başa çatır. Hər iki futbolçunun londonluların düşərgəsini tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, “Milan” 13 turdan sonra A seriyasında beşinci yerdədir.

Etikxeber.az

Read Previous

Bəzən nikaha məcbur etmə zəminindəki qətlləri zorakılıq kimi qəbul etmirlər – KOMİTƏ SƏDRİ

Read Next

Əliyev ABŞ-ın tanınmış din xadimlərini qəbul etdi – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir