Millət vəkili Qazinin iş məsələsi ilə bağlı-ƏƏSMN-Ə MÜRACİƏT EDƏCƏK… – FOTOLAR

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Prezident İlham Əliyevin Sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş Biləsuvarın Əskərabad kəndindən olan qazimiz Xəzər Şahhüseynov bu gün təkrar əməliyyat olundu. Xəzərlə əməliyyatdan sonra, gec saatlarda da olsa danışa bildim, dediyinə əməliyyatı uğurlu keçib, vəziyyəti qənaətbəxşdir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov qeyd edib.

“Allah şəfa versin, ən qısa zamanda görüşməyi ümid edirəm. İkinci Qarabağ müharibəsinin Biləsuvar rayonu Ağalıkənd kəndindən olan qazisi Xəyal Qarayevlə isə bu gün (2 aprel) görüşmək şansımız oldu. Xəyalın da zəfərimizdə özünəməxsus payı var və Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçündövlət başçımız tərəfindən bir neçə medalla təltif olunub.

İki uşaq atası olan Xəyal işsizdir, səlahiyyətlərim daxilində olmasa da, məsələ ilə bağlı yerli icra orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) müraciət etməyi qərarlaşdıq”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Türk dünyasının Zəngəzur dəhlizi…-QƏNİRƏ PAŞAYEVANIN YAZISI

Read Next

“Zəngəzur dəhlizi Türk dünyasının birləşməsi rolunu oynayır ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir