Mişel və Makron 8 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsi ilə bağlı-PAYLAŞIM ETDİLƏR – YENİLƏNİB

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.

Etikxeber.az-ın xəbərinə görə, Aİ lideri “Twitter”də bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir.

“Avropa İttifaqı regionda sabitlik və rifahı dəstəkləyir”-deyə, Mişel vurğulayıb.

***

Həmçinin, Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşım edib.

Bu barədə Fransa Prezidenti “Twitter”də bildirib.

“Saxlanılan 8 erməni Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik”-deyə, Fransa Prezidenti paylaşımında qeyd edib.

Etikxeber.az

Read Previous

Qalmaqal yaradan deputat Mətbuat Şurasının İdarə Heyətindən-İSTEFA VERDİ…

Read Next

Labirintdən çıxış: Travma psixoloqları…-YENİ LAYİHƏNİN İCRASINA BAŞLANDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir