Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsinə münasibət bildirib.
Etikxeber.az-ın xəbərinə görə, Aİ lideri “Twitter”də bildirib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşdən sonra müsbət irəliləyişlərin daha bir göstəricisidir.
“Avropa İttifaqı regionda sabitlik və rifahı dəstəkləyir”-deyə, Mişel vurğulayıb.
***
Həmçinin, Fransa Prezidenti Emmanuel Makron Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsi ilə bağlı paylaşım edib.
Bu barədə Fransa Prezidenti “Twitter”də bildirib.
“Saxlanılan 8 erməni Azərbaycan tərəfindən sərbəst buraxılaraq Bakıdan İrəvana yola salınıb. Onlar bir neçə aydır ayrıldıqları ailələrinə qovuşurlar. Diplomatlarımıza, eləcə də bu əməliyyatda səfərbər olan əsgərlərimizə təşəkkür edirəm. Biz irəli gedirik”-deyə, Fransa Prezidenti paylaşımında qeyd edib.
Etikxeber.az