MM-in iclası: SPİKER MACARISTAN SƏFƏRİNDƏN DANIŞDI, ƏLİ HÜSEYNLİ POLİSLƏRİ TƏBRİK ETDİ, MUSA QULİYEV GƏNCƏDƏ SU PROBLEMİNİN YAŞANDIĞINI SÖYLƏDİ- YENİLƏNİB – (3)

Bu gün Milli Məclisin (MM) növbədənkənar sessiyasının növbəti iclas keçiriləcək.

Etikxeber.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələ daxil edilib.

1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

3. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

4. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş);

5. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “Dövlət rüsumu haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

6. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

7. “Dövlət qulluğu haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş);

9. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

İclasa spiker Sahibə Qafarova sədrlik edəcək.

Onu da qeyd edək ki, bu ay MM-in növbədənkənar sessiyası başa çatacaq və millət vəkilləri iyulun 15-dən yay tətilinə yollanacaqlar.

00:00

***

MM-in iclası başlayıb.

İclası spiker S. Qafarova aparır.

11:00

***

Spiker öncə Macarıstan səfərindən danışıb.

O, səfəri çox əhəmiyyətli və uğurlu səfər kimi dəyərləndirib.

Spiker Macarıstanla Azərbaycanı dost və müttəfiq kimi qiymətləndirib.

Bildirib ki, Macarıstan Türk Şurasının üzvlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana dəstəyini verib, hər zaman ədalətli mövqeyini ortaya qoyub.

S. Qafarovanın dediyinə görə, Macarıstanın Baş naziri ilə görüşündə hökumət başçısı Azərbaycanı tarixi Qələbə münasibəti ilə təbrik edib.

Spiker Azərbaycanla Macarıstan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini sözlərinə əlavə edib.

11:09

***

Birinci vitse-spiker Əli Hüseynli cari məsələlərin müzakirəsi zamanı 2 iyul-Azərbaycan Polisi günü ilə bağlı danışıb.

Bildirib ki, Azərbaycan polisi hər zaman Azərbaycan dövləti və dövlətçiliyinin keşiyində dayanıb.

Onun sözlərinə görə, istər Birinci Vətən Müharibəsi, istərsə İkinci Vətən Müharibəsi zamanı Azərbaycan polisi öz şücaətini nümayiş etdirib.

Birinci vitse-spiker Polis günü ilə bağlı parlament adından daxili işlər orqanları əməkdaşlarını təbrik edib.

11:19

***

MM-in Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə təmsilçisi olduğu Gəncənin su problemindən danışıb.

Bildirib ki, son günlər Gəncədə ciddi su qıtlığı, su problemi müşahidə olunur.

Komitə sədrinin qeyd etdiyinə görə, Gəncənin yaşıllıqları, ağacları özünün artıq “payız dövrü”nü yaşayır.

O, həm də qeyd edib ki, su problemindən insanlar ciddi əziyyət çəkir

M. Quliyev su çatışmazlığı probleminin gecikmədən və təxirəsalınmadan həllini müvafiq qurumlardan tələb edib.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qurban bayramı ilə bağlı 4 gün-İŞ OLMAYACAQ – RƏSMİ

Read Next

“Bu, cinayətdir, xalqa və dövlətə qarşı cinayətdir…”-MUSA QULİYEV HESABLAMA PALATASINA VƏ BAŞ PROKURORLUĞA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir