“Mövcud qanunlara yenidən baxılması və təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələrimi bölüşəcəyəm…” – HİCRAN HÜSEYNOVA

Bu gün Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri seçildim. Mənə göstərilən bu etimada görə Yeni Azərbaycan Partiyasının (YAP) sədri, dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, namizədliyimi dəstəklədikləri üçün Milli Məclis rəhbərliyinə və deputat həmkarlarıma təşəkkür edirəm.

Etikxeber.az xəbər verir ki, bunu MM Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib.

O, xatırladıb ki, uzun müddət ölkədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olaraq fəaliyyət göstərib.

“Bu sahədə əldə etdiyim təcrübə ilə Milli Məclisin işinə öz töhfəmi verəcək, müvafiq sahədə mövcud qanunlara yenidən baxılması və təkmilləşdirilməsi istiqamətində təklif və tövsiyələrimi bölüşəcəyəm. Hazırda yeniləşən Milli Məclis qarşısında yeni çağırışlar və işlərin yenidən təşkili durur. Ölkə Prezidenti cənab İlham Əliyev bugün Milli Məclisin birinci iclasında söylədiyi nitqində bir daha vurğuladı ki, yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Buna görə də bizim qarşımızda, xüsusilə qanunvericilik sahəsində mühüm vəzifələr dayanır. Bildirirəm ki, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də qəbul edilmiş qanunların işlək formaya gətirilməsində fəaliyyətimi Komitə üzvləri ilə birgə davam etdirəcəyəm”-deyə, H. Hüseynova əlavə edib.

Etikxeber.az

Read Previous

“Qarşımızda mühüm vəzifələr durur və bu vəzifələrin icrası üçün…” – MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Read Next

Prezident və ailəsi çərşənbə-TONQALI YANDIRDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir