Müəllim və valideynlərin müraciətlərinə baxılacaq

Dekabrın 23-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın Nərimanov və Nizami rayonları üzrə səyyar qəbul keçiriləcək.

BŞTİ-dən Etikxeber.az-a bildiriblər ki, Bakıdakı Məktəb Lisey Kompleksində təşkil olunan səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbulun keçirilməsinin məqsədi vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin edilməsidir.

Səyyar qəbulda müəllim və valideynlərin müraciətləri BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən dinləniləcək, problemli məsələlər araşdırmaya yönəldiləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Etikxeber.az

Read Previous

Polşa Voleybol Federasiyası: Azərbaycan Avropa çempionatına yüksək ev sahibliyi edəcək

Read Next

Metrodan istifadə edənlərin sayı azalıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir