Müəllimlər işə qəbul üzrə sınaq imtahanı verib

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi işə qəbul olmaq istəyən müəllimlər üçün elektron sınaq imtahanı təşkil edib.

 

Təhsil Nazirliyindən Etikxeber.az-a bildiriblər ki, sınaq imtahanı Bakıdakı 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilib. İlk dəfə keçirilən sınaq imtahanında Bakı və Sumqayıt şəhərləri daxil olmaqla respublikanın 13 bölgəsindən müəllim olmaq istəyən 200-dək namizəd iştirak edib.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitdikdə dərhal öz nəticələrini görmək imkanına malikdir.

Sınaq imtahanında 13 fənnin hər biri üzrə ən çox bal toplamış bir nəfər Təhsil Texnologiyaları Mərkəzi tərəfindən ödənişsiz olaraq müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarına qəbul ediləcək.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq imtahanları ayda iki dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanı aprelin 16-da keçiriləcək. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulur.

Sınaq imtahanlarına yazılmaq üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək mümkündür.

a bildiriblər ki, sınaq imtahanı Bakıdakı 220 nömrəli tam orta məktəbdəki elektron imtahan mərkəzində keçirilib. İlk dəfə keçirilən sınaq imtahanında Bakı və Sumqayıt şəhərləri daxil olmaqla respublikanın 13 bölgəsindən müəllim olmaq istəyən 200-dək namizəd iştirak edib.

Elektron sınaq imtahanının üstünlüyü ondan ibarətdir ki, iştirakçılar imtahan bitdikdə dərhal öz nəticələrini görmək imkanına malikdir.

Sınaq imtahanında 13 fənnin hər biri üzrə ən çox bal toplamış bir nəfər Təhsil Texnologiyaları Mərkəzi tərəfindən ödənişsiz olaraq müəllimlərin işə qəbulu üçün hazırlıq kurslarına qəbul ediləcək.

Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi elektron sınaq imtahanlarına olan böyük marağı nəzərə alaraq imtahanları ayda iki dəfə keçirməyi planlaşdırır. Növbəti elektron sınaq imtahanı aprelin 16-da keçiriləcək. Gələcəkdə sınaq imtahanlarının regionlarda da təşkil olunması nəzərdə tutulur.

Sınaq imtahanlarına yazılmaq üçün Təhsil Texnologiyaları Mərkəzinə müraciət etmək mümkündür.

Etikxeber.az

Read Previous

Nazarbayevin rəsmi qarşılanma mərasimi oldu- FOTO

Read Next

Külli miqdarda metadon və narkotik vasitə aşkar olundu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir