“Müşfiqli dünya” … – FOTOLAR

Heydər Əliyev Sarayında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, 30-cu illər repressiyasının qurbanı Mikayıl Müşfiqə həsr olunmuş “Müşfiqli dünya” adlı ədəbi-bədii gecə keçirilib.

Etikxeber.az xəbər verir ki, tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında imzaladığı müvafiq Sərəncama əsasən təşkil olunub.

“Mədəniyyət” kanalının və Heydər Əliyev Sarayının birgə təşkil etdiyi konsertdə hökumət üzvləri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də poeziyasevərlər iştirak ediblər.

Bildirilib ki, Mikayıl Müşfiqin şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir.

Müşfiq 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində, ziyalı ailəsində dünyaya göz açıb. 1902-ci ildə Xızıdan Bakıya köçən atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib.

Mikayıl Müşfiq qısa ömür yaşamasına baxmayaraq, orijinal əsərləri ilə Azərbaycan ədəbiyyatında dərin iz qoydu, qədim və qüdrətli Azərbaycan poeziyasında öz yolunu yaradıb. Mikayıl Müşfiq 29 illik kiçik ömrə sığışmayan böyük sənət uğurları, qeyri-adi yaradıcılığı ilə bu gündə insanları düşündürür, heyrətləndirir və sevindirir.

Konsertdə şairin sözlərinə bəstələnən nəğmələr səsləndirilib.

Ədəbi-bədii gecədə Xalq artistləri Zaur Rzayev, Gülyaz Məmmədova, Nazpəri Dostəliyeva, Gülyanaq Məmmədova, Əməkdar artistlər Anar Şuşalı, Almaz Orucova, Lalə Məmmədova, Babək Niftəliyev, Azərbaycan Televiziya və Radiosunun solistləri Zabitə Alıyeva, Arzu Əliyeva, Sərxan Bünyadzadə, Pərviz Qasımov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva, Məmməd Nəcəfov, Nadir Qafarzadə, Günay İmamverdiyeva, Abgül Mirzəyev, Aytən Məhərrəmova, Könül Məmmədli və V.Mustafazadə adına “Sevil” vokal instrumental qrupu çıxış ediblər.

MIKAYIL-M

MIKAYIL-M-2

MIKAYIL-M-3

Etikxeber.az

Read Previous

“Maraqlar nəzərə alınmaqla bir sıra normativ aktlar qəbul edilib” – SƏMƏDZADƏ – FOTO

Read Next

Nazir müavini həm də BDU-nun rektor əvəzi oldu – ƏMR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir