Müzəffər Abbasov, Emil Qocayev və Seymur Məmmədov- YAŞAT BU QAZİLƏRİMİZİ DƏ TÜRKİYƏYƏ ƏMƏLİYYATA GÖNDƏRİR…

Daha bir neçə ağır yaralı olan Qazimiz, İkinci Vətən Müharibəsinin Qaziləri YAŞAT tərəfindən müalicə və əməliyyat üçün yaxın günlərdə qardaş Türkiyəyə göndəriləcəklər.

Etikxeber.az-a bu haqda Qazilərin özləri məlumat veriblər.

Belə ki, Qazilərdən Müzəffər Maqsud oğlu Abbasov, Emil Azər oğlu QocayevSeymur Rafiq oğlu Məmmədov Türkiyəyə göndəriləcək Qazilər arasındadır.

M. Abbasov Goranboy rayonunun Qızılhacılı qəsəbəsindəndir, bir övlad atasıdır, İkinci Vətən Müharibəsinin elə ilk günündə Suqovuşan istiqamətində ağır döyüşlərdə çox ağır şəkildə yaralanıb, bədəninin 54 faizi yanıb, bir qulağı deşilib, eşitmir, dabanının və topuğunun biri tam sınıb, 20 gün komada qalıb, bir neçə dəfə əməliyyat olunub.

E. Qocayev Tovuz rayonunun Aşağı Quşçu kəndindəndir, subaydır, oktyabr ayının 26-da cəbhənin Füzuli istiqamətində ağır döyüşlər zamanı çox ağır yaralanıb, bədəninin sol tərəfi iflic olub, nitqində, danışığında ciddi problemlər yaranıb.

Gəncə şəhərindən və iki övlad atası olan S.Məmmədov isə oktyabrın 19-da Qubadlı uğrunda ağır döyüşlərdə yaralanıb, sağ böyrəyi kəsilib götürülüb, onurğa və çanaq sümüyü sınıb, demək olar ki, yeriyə, hərəkət edə bilmir.

Onu da qeyd edək ki, M. Abbasovun Türkiyəyə müalicə və əməliyyata göndərilməsi məsələsində millət vəkili Qənirə Paşayeva xüsusi rol oynayıb.

Hər üç Qazimiz Buzovna Sanatoriya və Reabilitasiya Mərkəzində müayinə və reabilitasiya kursundan keçiblər.

Qazilərimizə Allahdan can sağlığı, Tükiyədə uğurlu əməliyyatdan keçib evlərinə, ailələrinə sağ-salamat dönmələrini arzu edirik.

Allah Yar və Yardımçınız olsun!

Etikxeber.az

Read Previous

“Azad olunmuş torpaqlarımızı cənnətə çevirəcək, ölkəmizi daha da şöhrətləndirəcək və xalqımızın tarixinə yeni, unudulmaz səhifələr yaza biləcəyik…”-TAHİR RZAYEVİN YAZISI

Read Next

Sabah hava-NECƏ OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir