Nəşi 6 aydan sonra tapılan, Bərdənin sonuncu Şəhidi-TƏBRİZ CƏFƏROVUN ANIM GÜNÜ: MƏZARI ZİYARƏT OLUNDU, MƏRASİM DÜZƏNLƏNDİ… – FOTOLAR – YENİLƏNİB – (3)

Bu gün əslən Ağdərəli və Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Təbriz İlqar oğlu Cəfərovun Anım Günüdür.

Bərdənin sonuncu İkinci Vətən Müharibəsi Şəhidi Təbriz Cəfərovun torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından düz bir il keçir.

Düz bir il öncə-bu gün, 2021-ci ilin aprel ayının 6-da Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Etikxeber.az-ın xəbərinə görə, Təbriz Cəfərov 1995-ci ilin iyul ayının 14-də Bərdə rayonunda sadə, kasıb bir ailədə dünyaya gəlib.

Ailədə bir neçə uşaq olublar.

Orta təhsilini aldıqdan sonra 2014-2016-cı illərdə həqiqi hərbi xidmətdə olub.

2020-ci ilin 19 avqust tarixindən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu-MAXE kimi fəaliyyət göstərib.

Təbriz İkinci Vətən Müharibəsi zamanı Tərtər-Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə iştirak edib.

Və döyüşlərin ilk günlərində Suqovuşan istiqamətində ağır döyüşlərdən birində Şəhid olsa da, nəşini uzun müddət əldə etmək mümkün olmayıb.

Nəşi yalnız 6 aydan sonra, 2021-ci ilin aprel ayında tapılıb və 6 aprel tarixində Bərdə rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Təbriz həm də subay olub.

11:40

***

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Bərdə rayon Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib, çıxışlar olunub.

Ziyarətdə Şəhidin valideynləri, qardaş və bacıları, Bərdəli Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Bərdə İcra Hakimiyyətinin məsul şəxsləri və başqaları iştirak ediblər.

Ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı binanın (yataqxananın) həyətində anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Mərasimdə yenə Şəhidin ailə üzvləri, yaxınları, Bərdə, Ağdam Goranboydan olan Şəhid ailələri, Qazilər, hərbçilər, din xadimləri, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və digər məsul şəxslər iştirak ediblər.

Mərasimdə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirlib, çıxışlar edilib.

Çıxışlarda tarixi 44 günlük İkinci Vətən Müharibəsindən, müqəddəs Qələbə və Zəfərimizdən, Təbriz Cəfərov da daxil olmaqla, cəmi Vətən sevdalılarının, Şəhidlərin Qəhrəmanlığından, İgidliyindən bəhs olunub.

Şəhidin anası Aybəniz xanım isə “Təbriz mənim Qürurum, başımın Tacıdır. Oğlumla, Təbrizimlə Fəxr edirəm! Hələ də yolunu gözləyirəm”-deyə, bildirib.

Anım mərasimi iki saatdan çox çəkib

Məkanı cənnətlik, məqamı Uca olsun!

Nur içində yatsın!

Allah ailəsinə səbr və dözüm versin!

12:10

***

FOTOLAR:

12:21

***

ANIM MƏRASİMİ…ŞƏHİD ANALARI…ŞƏHİD ATALARI…ŞƏHİD AİLƏLƏRİ…QAZİLƏR…VƏTƏN SEVDALILARI…DƏRD VƏ QÜRUR ORTAQLARI…

12:32

***

BİR GÖZÜNÜ VƏTƏN YOLUNDA QURBAN VERƏN, QAZİ OĞLU, ÖZÜ DƏ QAZİ OLAN “VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI” AZƏR ABDULLAZADƏ…

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bakıda I Uşaq Kitab-FESTİVALI – FOTOLAR

Read Next

Bakıda partlayışda xəsarət alanların vəziyyəti açıqlandı-RƏSMİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir