Nəşi bir ay 23 gündən sonra Əbədiyyətə uğurlanan, ailənin 7 övladından biri olan-HACIQABULLU İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ HÜSEYN ABBASOVUN CƏNNƏTDƏKİ DÖRDÜNCÜ DOĞUM GÜNÜDÜR, BU GÜN 31 YAŞI TAMAM OLUR – FOTOLAR

Hacıqabul rayonundan olan İkinci Vətən Müharibəsi Şəhidi Hüseyn Əlizadə oğlu Abbasovun doğum günüdür.

Hüseyn Abbasovun bu gün 31 yaşı tamam olur və bu, həm də Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün Şəhidin məzarı ziyatət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra Hacıqabul rayon Allahverdi Dadaşov adına 5 saylı tam orta məktəbdə Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı tədbir düzənlənib.

Tədbirdə öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.

Hüseyn Abbasovun ailəsinin, Hacıqabullu və Goranboylu Şəhid ailələrinin, Qazilərin, müəllim və şagirdlərin, yerli ziyalıların qatıldığı tədbirdə çıxışlar edilib, məktəblilər tərəfindən Şəhidlərə, Vətən həsr olunmuş şeirlər səsləndirilib, kompozisiya nümayiş etdirilib.

Şəhidin ailəsinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günü təbrik olunub.

Tədbirdən sonra isə Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan verilib, bir daha ruhuna dualar edilib.

Etikxeber.az xəbər verir ki, Hüseyn Abbasov 1993-ci ilin fevral ayının 13-də Hacıqabul rayonunda dünyaya gəlib.

Ailənin yeddi övladından, dörd qardaşdan biri və evin sonbeşiyi olub.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub, 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb.

2015-2016-cı illərdə hərbi xidmətdə olub, Aprel döyüşlərində iştirak edib.

Əsgərlikdən sonra həyatını Ordu, hərb ilə bağlayıb.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətində qəhrəmancasına Şəhid olub.

Oktyabr ayının 6-da Şəhid olsa da, nəşi bir ay 23 gün sonra, noyabr ayının 29-da Hacıqabul rayon qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra dörd medalla təltif olunub.

Ailəsi, valideynləri isə övladlarının həm də ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir.

Hüseyn eyni zamanda, nişanlı olub.

Məkanı cənnətlik, Cənnətdəki dördüncü doğum günü, 31 yaşı mübarək olsun!

Nur içində yatsın!

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Konstitusiya Məhkəməsi-PREZİDENT SEÇKİLƏRİNİN NƏTİCƏLƏRİNİ TƏSDİQLƏDİ – YENİLƏNİB – (1)

Read Next

“Bu, sırf cavab tədbiri idi…”-XİN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir