Naməlum uçan obyekt Günəşin enerjisini sorur

NASA-nın SOHO (Solar and Heliospherik Observatoriy) aparatı tərəfindən naməlum uçan obyektin Günəşin enerjisini sorduğu qeydə alınıb.

Etikxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə chto-proishodit.ru saytı məlumat yayıb. Xəbər verilir ki, SOHO-dan xüsusi olaraq Günəşin öyrənilməsi üçün istifadə edilir.

Qeyddə UNO-ya bənzər naməlum obyektin özünü Günəşlə anlaşılmayan şüa ilə birləşdirdiyi görünür. Bu görüntü uçan obyektin Günəşdən enerji çəkməsinə bənzəyir. Mütəxəssislərin hesablamalarına görə bu proses zamanı obyekt göy cismindən təxminən 150 milyon kilometr aralıda olub.

Ufoloqların sözlərinə görə, bu görüntü bizim günəş sistemində ağıllı yadplanetli həyatın olduğunu sübut edir.

NASA alimləri hələlik bununla bağlı açıqlama verməyiblər.

Etikxeber.az

Read Previous

“Bizim dinlənilmək hüququmuz əlimizdən alınıb”- ŞAHİN ƏLİYEV

Read Next

Ukraynanın Xalq Artisti Bakı teatrının səhnəsində çıxış edəcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir