Qazaxstan prezidenti Nursultan Nazarbayev bu gün Astanada Suriya probleminin tənşizmlənməsi ilə bağlı baş tutuan danışıqlar prosesinin iştirakçılarına müraciət edib.
Etikxeber.az Qazaxstan mətbuatına istinadən xəbər verir ki, Nazarbayevin müraciətini toplantı iştirakçılarına xarici işlər naziri Kayrat Abdraxmanov səsləndirib.
Müraciətdə deyilir ki, 6 ildən bəri Suriyada axıdılan qan ancaq acı və fəlakətdən başqa bir şey gətirməyib:
“BMT TŞ-nin daimi üzvü olmayan Qazaxstan bir sülhsevər ölkə olaraq Yaxın Şərqdə təhlükəsizlik və sabitliyin möhkəmlənməsi və bərpa olunmasında maraqlıdır”.
N. Nazrbayevin müraciətdində bildirilib ki, suriyalı qaçqınların vəziyyətini yüngülləşdirmək məqsədi ilə Qazaxstan 700 min dollar ayırıb və bu yaxınlarda 500 ton humanitar yardım göndərib.
Nazarbayev onu da bəyan edib ki, bu gün təşkil olunan danışıqıları bir daha Suriya münaqişəsinin tənzimlənməsi ilə bağlı beynəlxalq səyin bariz nümunəsi hesab etmək olar:
“Astana hesab edir ki, Suriya münaqişəsi qarşılıqlı inam və etimad əsasında sülh yolu ilə həll olunmalıdır”.
Etikxeber.az