“Nida işarəsini 8 noyabr 2020-ci ildə Şuşada qoyduq…Ümid edirəm ki, Ermənistan sülh şansını qaçırmayacaq…”-İLHAM ƏLİYEV – FOTO – YENİLƏNİB – (1)

İstəyirəm, Almaniya mətbuat nümayəndələri bilsinlər ki, Azərbaycan 30 ilə yaxın erməni işğalına məruz qalmışdır. Bu işğal və etnik təmizləmə nəticəsində torpaqlarımızın 20 faizinə yaxını işğal altına düşdü və 1 milyon azərbaycanlı Ermənistan tərəfindən öz doğma torpaqlarından qovulmuşdur və qaçqın-köçkün vəziyyətinə düşmüşdür.

Etikxeber.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Biz iki il yarım bundan əvvəl Vətən müharibəsi nəticəsində öz ləyaqətimizi, ərazi bütövlüyümüzü, hüquqlarımızı döyüş meydanında bərpa etdik, Ermənistanı məğlub etdik və məcbur etdik ki, Ermənistan bizim torpaqlarımızdan çıxsın. Beləliklə, 28 il ərzində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən Ermənistan cəmi 44 gün ərzində öz məğlubiyyəti ilə barışmalı olmuşdur”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

***

“Əfsuslar olsun ki, vaxtilə Qarabağı Ermənistan kimi tanıyan Ermənistan rəhbərliyi sülh şansını itirmişdir. 2019-cu ildə bugünkü Ermənistanın baş naziri demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə” və bu, faktiki olaraq sülh danışıqlarına vurulan ən böyük zərbə idi”-deyən dövlət başçısı sonra bildirib:

“Biz 44 günlük Vətən müharibəsində sübut etdik ki, Qarabağ Azərbaycandır və nida işarəsi. Bu nida işarəsini biz 8 noyabr 2020-ci ildə Şuşada qoyduq”.

18:46

***

İndi isə sülhün vaxtı çatıb. Biz Ermənistana sülh təklif etmişik, 5 prinsip əsasında sülh müqaviləsini təklif etmişik.

Bu sözləri də Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib.

“Ümid edirəm ki, bu şansı Ermənistan qaçırmayacaq və nəhayət Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlayacaqdır”, – deyə dövlətimizin başçısı vurğulayıb.

Etikxeber.az

Read Previous

Doğum günündə, 25 yaşının tamamında, noyabrın 8-də-ŞUŞADA ŞƏHİDLİK MƏQAMINA UCALAN ƏFSANƏVİ XÜSUSİ TƏYİNATLI, “AZƏRBAYCAN BAYRAĞI” ORDENLİ XƏYYAM ƏLİ OĞLU ƏZİZOV… – FOTOLAR

Read Next

İlham Əliyevin Almaniyaya işgüzar səfəri-BAŞA ÇATDI – FOTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir