Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
İngilis futbol azarkeşlərindən bir sürü Mxitaryan forması İlə küçələri dolaşanlar var.
Anlaşılır ki, bizdə qıcıq yaratmaq üçün təşkil olunmuş bir işdir.
Ancaq mənim soyuqqanlılığım burada da işə yaradı.
“Arsenal”lıların bu fotolarına baxıb düşündüm: Ortabab bir futbolçuya bu qədər dəyər vermək ingilislərin nəyinə lazım?
Sadəcə, qıcıq doğuran başqa məsələ oldu.
Niyə uzun illərdir bir ortabab futbolçumuz özü yetişmədi və ya yetişdirmədik, yaxud, yetişməyə qoymadıq ki, bir azərbaycanlı futbolçuya görə yabançılar bu cür qədirşünaslıq etsinlər?
Alimi də elə, müğənnisi də, iş adamı da, din xadimi də, hətta modelyeri də elə…
Aralarında “Bizim məhəllə”dən kənara boylanmaq barədə düşünən kimsəni tapmaq çox çətindir.
Ona görə də qıcıqlanmağa dəyməz, erməninin adına formada başkəndimizdə gəzinti son yüz ilin laqeydliyi sayəsində buraxılan boşluqların adi nəticəsidir.
Fazil MUSTAFA,
Millət vəkili
Etikxeber.az