“Niyə mehriban, səmimi qonşular olmayaq?” – FAZİL MUSTAFA İRANA SƏSLƏNDİ

Xəzər dənizində İrana məxsus yük gəmisinin 9 nəfərlik heyətinin Azərbaycanın sərhədçiləri və fövqəladə qoşunların təmsilçiləri tərəfindən xilas edilməsi özlüyündə ciddi bir rəmzi mənaya gətirib çıxarır.

Biz Azərbaycan olaraq İranla qonşuyuq, əgər batarsanız yenə də birinci imdadınıza biz qoşacağıq. Bizdə də əminlik olmalıdır ki, Allah etməsin, batmış olsaq imdadımıza qonşu kimi siz yetişəcəksiniz.

Mən İran tərəfinin minnətdarlığında da səmimiyyətə şübhə etmirəm.

Azərbaycan tərəfinin atdığı insani addıma insani bir cavabdır. Sadəcə İran tərəfi iki məsələdə mövqeyində düzəliş etsə münasibətlərin daha da etibarlı olması qaçınılmazdır.

Birincisi, ermənilərə dirsək göstərə bilsə, ikincisi də bizim ölkəmizdəki agenturasını dini xurafatı, geriçiliyi təbliğ etməkdən çəkindirsə.

İranın özündə belə bu qədər xəstə düşüncəlilər qalmayıb, bizdə isə sayları durmadan artır.

Bunlar yoluna qoyulsa, niyə mehriban, səmimi qonşular olmayaq?

Hətta aramızda vizanı da tezliklə götürmək mümkündür.

Fazil MUSTAFA,

Millət vəkili

Etikxeber.az

Read Previous

FHN 3 nəfərin həyatını xilas etdi…

Read Next

Heydər Əliyev Fondunun sosial layihələr müsabiqəsinə sənəd qəbulu başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir