Nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli “məcburi göstəriş” verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən oktyabrın 1-dən 15-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirliyin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində qanun pozuntuları aşkarlanıb. Ekoloji qanun pozuntulara görə 131 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 23 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə 43 iş üzrə 55800 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 15 iş üzrə 16353.37 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 163 iş üzrə 40611.41 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 21, icra qurumlarına 33, məhkəmələrə isə 4 iş göndərilib.

Etikxeber.az

Read Previous

Uzun illərdən bəri ilk dəfə oktyabrın ortalarında İlisuya qar yağdı – FOTOLAR

Read Next

Əvvəllər BƏƏ-dən Azərbaycana il ərzində cəmi 2500-3000 turist səfər edirdisə, bu ilin 8 ayı ərzində ölkəmizə 30 mindən çox turist gəlib – SƏFİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir