Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Nyu-Yorkun Bruklin şəhərindəki metro stansiyasında səhər saatlarında atışma olub.
Etikxeber.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, 3-ü ağır olmaqla, 13 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları hələlik bəlli deyil.
17:59
***
Nyu-York metrosunun Bruklin stansiyasında naməlum şəxsin atəş açması nəticəsində 13 nəfər yaralanıb.
Bu barədə Nyu-Yorkun Yanğınsöndürmə Departamenti məlumat yayıb.
Məlumatda hadisə yerindən partlayıcıların tapıldığı da bildirilir.
Hadisə şahidləri atəşin maskalı şəxs tərəfindən açıldığını deyiblər. Onların sözlərinə görə, dağınıq atəş açan şəxs hadisəni törədəndən sonra digər stansiyaya keçib.
Polis hələlik onu yaxalamayıb.
Perronda və vaqonlarda yaralılar var.
Etikxeber.az