“Ola bilsin ki, kənddə bir neçə şəhid olsun, o zaman şəhidin adını onun yaşadığı məhəlləyə və ya küçəyə rəsmi qaydada verilməklə, bir barilyef qoymaqla, onun xatirəsinin əbədiləşdirilməsi mümkündür…”-AZƏR BADAMOV

44 günlük Vətən müharibəsində xüsusi şücaət göstərərək Vətən Müharibəsi Qəhrəmanı zirvəsinə yüksəlmiş şəhidlərimizin adının əbədiləşdirilməsini, təbliğini vacib hesab edirəm. Vətən Müharibəsi Qəhrəmanlarının göstərdikləri qəhrəmanlıqları mütəmadi təbliğ olunmalı, gənc nəsillərimizin vətənpərvərlik ruhunda tərbiyyə olunmasında mühüm rol oynamalıdır. O cümlədən, Vətən Müharibəsi Qəhrəmanlarımızın göstərdikləri igidlikləri, ölkəmizi qələbəyə aparmış döyüşləri haqqında materiallarına orta məktəblərinin tədris planlarında da yer verilməsini vacib hesab edirəm.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə, 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də, “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Gənclər siyasəti haqqında” və “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) müzakirəsi zamanı deyib.

O, sonra bildirib:

“Təqdim olunmuş qanun layihəsini müsbət dəyərləndirməklə yanaşı, bu qanunun 3-cü maddəsində yazılmış Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi formaları ilə bağlı fikirimi bölüşmək istəyirəm. Qeyd etmək istəyirəm ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağınndan azad olunması yolunda öz canından keşmiş hər bir şəxs qəhrəmandır. Vətən müharibəsində həlak olan hərbiçilərimiz Ali Baş Komandanın əmirlərini rəhbər tutub düşmən gülləsindən qorxmayaraq, cəbhədə qələbə naminə igidliklə şəhidlik zirvəsinə yüksəlmişlər və onlar hər bir hörmətə və ehtirama layiqdirlər. Qeyd etdiyim 3-cü maddədə Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi üçün şəhid olmuş şəxsin vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunmasının lazım olduğunu deyilir. Amma medallarla təltif olunmuş şəhidlərimiz haqqında heç nə qeyd olunmur.

Elə şəhidlərimiz var ki, rayonlarımızın işğaldan azad olunmasında şanlı döyüş yolu keçərək 3-4 medala layiq görülüblər və Şuşanın azad olunmasında həlak olublar. Vətən müharibəsində həlak olan şəhidlərimizin hər bir günü qəhrəmanlıq səlnaməsi olmuşdur. Son vaxtlar bizə şəhid valideynlərin müraciətlərində vətən, torpaq yolunda həlak olmuş övladlarının adlarını oxuduqları məktəblərə və ya küçələrə verilməklə xatirəsinin əbədiləşdirilməsini xahiş edirlər. Düşünürəm ki, 3-cü maddədə qeyd etdiyim kateqoriyadan olan şəhidlərimiz də əks olunmalıdır.

Məsələn, kənddə bir şəhid var və onun adı oxuduğu orta məktəbə verilərsə, bu, həm şəhidin yaxınlarını sevindirmiş olar, həm də orda təhsil alan şagirdlərin mənəvi-əxlaqi tərbiyəsində də böyük rolu olmuş olar. Ola bilsin ki, kənddə bir neçə şəhid olsun. Belə olan halda, şəhidin adını onun yaşadığı məhəlləyə və ya küçəyə rəsmi qaydada verilməklə, bir barilyef qoymaqla, onun xatirəsinin əbədiləşdirilməsi mümkündür. Bu, həm də belə qəhrəman oğulları yetişdirmiş valideynlər üçün bir təsəlli olar. Müvafiq komitədən qanun layihəsinə dəyişiklikləri təqdim etmiş orqanla bu məsələnin də müzakirə edilərək, ikinci oxunuşda nəzərə alınmasını xahiş edirəm”.

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üçün medal və ya ordenin olması mütləqdirmi, şərtdirmi? Bütün Şəhidlərin xatirəsi, adı əbədiləşdirilməlidir…”-ELMAN MƏMMƏDOV SƏRT ÇIXIŞ ETDİ

Read Next

Daha 406 yeni yoluxma-DAHA 11 ÖLÜM…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir