“Ölkə Prezidentinin də vurğuladığı kimi, əgər həmsədr Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, Marsel şəhərini ermənilərə, Dağlıq Qarabağ respublikası elan etməyə icazə versin… Yaxud, Qarabağ məsələsində bizdən güzəşt istəyənlər Korsikaya, basklara müstəqillik versinlər… Verəcəklərmi, buna gedəcəklərmi? Biz niyə etməliyik, biz niyə güzəştə getməliyik?”-TAHİR RZAYEV

ATƏT-in Minsk qrupu ya özünü buraxmalı, ya da özündə cəsarət, təpər tapıb tərkibinə yenidən baxmalı, xüsusilə, həmsədrlər formatında dəyişiklik etməli, Fransanı mütləq şəkildə oradan kənarlaşdırmalıdır. Çünki indiki halda ATƏT-in Minsk qrupunun bu formada, bu formatda fəaliyyət göstərməsinin heç bir mənası, məntiqi yoxdur. Bu qurum özü-özünü tamamalə gözdən, hörmətdən və nüfuzdan salıb. Azərbaycan cəmiyyətinin ona etimadı, inamı qalmayıb. Xüsusilə, açıq erməni və Ermənistanpərəstliyi ilə seçilən Fransa Minsk qrupunu, həmsədrlər istitutunu iflas həddinə çatdırıb. İstər Fransa, istərsə də bu ölkənin bədnam pərhbəri Emmanuel Makron özünü Ermənistanın vəkili, vəziri, sahibi, yiyəsi kimi aparır. Ən azından həmsədr kimi, bitərəf qalmalı olduğu halda, özünü düşmən, işğal tərəfi kimi göstərib və göstərməkdədir. Makronun son bəyanatları, son avantürist davranışları bunun əyani və bariz nümunəsidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

T. Rzayevin sözlərinə görə, Makronun fikirləri, xüsusilə, “Qarabağın yenidən işğalına imkan verməyəcəyik” səfsəfəsi avantürizmin, həddini aşmağın pik nöqtəsidir.

“Sən kimsən ki, bizimlə bu tonda danışırsan, sən nə və hansı haqla Azərbaycanı təhdid edirsən, onun əvəzindən qərar vermək cəhdinə girişirsən? Sənə bu haqqı kim verib? Həddini və yerini bil, özünü dövlət rəhbəri kimi apar. Biz ittihamlara dözəcək ölkə deyilik. Biz təhqirə dözəcək ölkə deyilik. Cənab Prezidentimizin, Ali Baş Komandanımızın “Əl-Ərəbiyə” televiziya kanalına tarixi və möhtəşəm müsahibəsində dediyi kimi, “əgər biz düşündüyümüzü deməyə başlasaq, həmin ölkələrdə çoxlu çaxnaşma olacaq”. Onlar-münaqişəni həll etməl, illərdir, on illərdir vasitəçilik missiyasını yerinə yetirməli olanlar, xüsusilə, Minsk qrupuna üzv olan dövlətlər, həmsədr ölkələr, Azərbaycanın qətiyyətli, birmənalı qərarını və bu qərarı reallaşdırmaq istiqamətindəki zəfərlərini görüb əl-ayağa düşənlər, sağa-sola təhdidlər, ittihamlar yağdıranlar, çağırışlar edənlər, başda da Makron kimilər, Azərbaycandan əl çəkməlidirlər, regiondan əl çəkməlidirlər.

Çünki biz öz torpağımızdayıq. Onların yox, bizim torpağımız işğal olunub. 27-28 ildir ki, məhz onların, digər havadarlarının açıq-gizli dəstəyi ilə murdar və mənfur ermənilər, nasist, faşist Ermənistan bizim torpaqları işğal altında saxlayır, işğal olunmuş torpaqlarımızdan rədd olub, çıxıb getmək istəmir. Bunlar azmı kimi, yeni-yeni qanlı təxribatlar, fitnəkarlıqlar törədir. Cənab Prezidentin son müsahibədə vurğuladığı kimi, “əgər Fransa Dağlıq Qarabağ üçün öz müqəddəratını təyinetmə istəyirsə, qoy onlar demək olar ki, sakinlərinin yarısı ermənilərdən ibarət olan Marsel şəhərini onlara versinlər və onlara Dağlıq Qarabağ respublikası elan etməyə icazə versinlər və qoy onlara müstəqillik versinlər. Qoy Korsikaya müstəqillik versinlər, qoy basklara müstəqillik versinlər. Niyə onlar bizdən Dağlıq Qarabağ üçün müstəqillik tələb edirlər?”

Tamamilə, haqlı mövqe, əsaslı, tutarlı, arqumentli, məntiqli suallardır. Yaxşı olardı ki, Fransa başda olmaqla, digərləri də, ermənilərə, Ermənistana havadarlıq edənlər, işğala haqq qazandıranlar, züy tutanlar da bu suallara cavab versinlər, bu haqda düşünsünlər. Çünki onların bunu bizdən tələb etməyə heç bir haqqları yoxdur. Onlar bu ittihamları dayandırmalıdırlar. Azərbaycana hücum etməyi və nüfuzumuza xələl gətirməyi dayandırmalıdırlar. Dövlət başçımızın yenə məlum müsahibə zamanı açıq şəkildə bildirdiyi kimi, “əgər biz muzdlular və terrorçular barədə danışmağa başlasaq, bizi günahlandıranlar özləri çox utancverici vəziyyətə düşəcəklər. Yaxşı olar ki, onlar bizi günahlandırmazdan əvvəl güzgüyə baxsınlar”.

Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik. Azərbaycan Prezidentinin Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun daha 9 kəndinin erməni işğalından azad olunması ilə bağlı Azərbaycan xalqına təbrikində, müraciətində deyildiyi kimi, biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”-deyə, T. Rzayev sözlərinə əlavə edib.

09:03, 5 oktyabr

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Danışıqlara qayıdıla bilər, lakin biz əmin olmalıyıq ki… “-BİRİNCİ VİTSE-PREZİDENTİN KÖMƏKÇİSİ

Read Next

“Prezidentin “Euronews”, “Peviy Kanal” və “CNN-Türk”-ə müsahibələri…Düşmənə və havadarlarına verilən növbəti dərs”-JALƏ ƏLİYEVANIN NÖQTEYİ-NƏZƏRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir