“Ölkə ictimaiyyəti cinayətkar rejimi seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyünü bir daha anladı” – MİLLƏT VƏKİLİ

“Ermənistanda keçirilən parlament seçkilərini ilk növbədə həmin prosesdə iştirak edən partıyaların verdikləri rəylərin əsasında qiymətləndirmək lazımdır. Bu prosesdə xalqın iradəsi heç bir rol oynamadı. Ermənistanda yaşayan insanların həyat şəraitinin çox ağır olduğu bir vəziyyətdə hər hansı ideoloji və siyasi mübarizənin özünə tərəfdarlar və ya əleyhdarlar qazandırması qeyri-mümkün idi. Demokratik parametrlər arasında bu, çox önəmli yer tutur. Əslində insanlar özlərinin maddi durumlarına, yaşayış şəraitlərinə görə elə səviyyədə olmalıdırlar ki, rəqabət prosesində çeşidli mövqelərin içərisindən özlərinə uyğun olanını tapsınlar, onun üzərində qərarlaşsınlar və sonda öz mövqelərini ifadə etsinlər”.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

Ermənistandakı mövcud rejimin son 10 ildə ölkəni ağır sosial və iqtisadi çətinliklər qarşısında qoyduğunu bildirən deputat deyib ki, hazırkı hakimiyyət iqtidardakı mövqeyini möhkəmləndirmək üçün parlament modeli adı ilə yeni konstitusion dəyişikliklərə gedərək qanunsuz bir yolu təşviq edən xəttə söykəndi:

“Digər bir məsələ ondan ibarət idi ki, hakim partiya qələbəsini təmin etmək üçün aralıq mərhələ qüvvələrini seçmişdi, özünə müxalif qüvvələri də süni olaraq formalaşdırmışdı. Onlar da böyük oliqarxiyanın təmsilçiləri idilər”.

Ermənistan əhalisinin böyük bir hissəsinin seçkiləri boykot etdiyini bildirən Z. Oruc vurğulayıb ki, ölkə ictimaiyyəti bu korrupsioner, cinayətkar rejimi seçki yolu ilə hakimiyyətdən uzaqlaşdırmağın mümkünsüzlüyünü bir daha anladı.

Etikxeber.az

Read Previous

“Azərbaycan qalib əsgərləri dünyaya yetirən qadınların ölkəsi olmalıdır!” – DEPUTAT YAZIR

Read Next

Düşmən atəşkəs rejimini 112 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir