“Ölkəmizin Qarabağ, torpaq məsələsində qətiyyətli, birmənalı, dəyiməz mövqeyi bir daha ortaya qoyuldu”-DEPUTAT

Azərbaycan Qarabağ, torpaq məsələsində heç zaman güzəştə getməyib və bundan sonra da getməyəcək. Bu dəyişməz mövqe dünən bir daha qətiyyətli şəkildə ifadə olundu. Ölkə Prezidenti cənab İlham Əliyev bunu Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə birlikdə Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında çıxışı zamanı dilə gətirdi. Bəyan etdi ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər və tapacaq.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili, professor, BDU-nun kafedra müdiri Kamilə Əliyeva dilə gətirib.

Onun sözlərinə görə, dövlət başçısının fikirləri uzun illərdir Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın apardığı, yürütdüyü siyasətin, xüsusil, Valdayda, Aşqabadda, Qoşulmama Hərəkatının tarixi Bakı Zirvəsində, o cümlədən, Türk Şurasının Bakı Sammitində, Münxen Təhlükəsizlik Konfransında və digər mühüm toplantılarda səsləndirilən, ifadə edilən sərt və birmənalı mövqenin məntiqi davamıdır.

Millət vəkili bildirib ki, məkrli ermənilərin, işğalçı və təcüzkar Ermənistan bütün fintəkarlıqlarına, təxribatlarına, onları himayə edən qüvvələrin açıq-gizli şantajlarına baxmayaraq, Azərbaycan dövləti və xalqı Qarabağ məsələsində yekdil və birmənalı mövqeyə malikdir.

“Bəli, bu gün də torpaqlarımızın 20 faizi işğal altındadır, düşmən tapdağında inildəyir, amma bunlar müvəqqətidir. Azərbaycan xalqı və dövləti heç zaman işğal faktı ilə barışmayıb, bu gün də barışmır, bundan sonra da barışmayacaq. Aprel hadisələri, Cünnüt əməliyyatı, ötən il Qazax istiqamətində yaşananlar bir daha bunu təsdiq etdi və düşmənlərimiz də daxil olmaqla, hər kəs, bütün dünya gördü ki, Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bu məsələ hansı mövqeyə malikdir. Sadəcə, Azərbaycan xalqı, Azərbaycan dövləti, dövlət başçısı münaqişənin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır, yenidən qan axmasını, qan axıdılmasını istəmir. Və münaqişənin sülh və danışıqlar yolu ilə həlli istiqamətində gərəkən nələr varsa, onu da edir, bütün addımları atır.

Hətta, bir neçə gün öncə qondarma, separatçı “DQR” rejiminin “seçki şousu” və Şuşa şəhərində təxribat xarakterli “andiçmə mərasimi” keçirməsinə, Ermənistan baş naziri Nikol Paşinyanın sərsəm bəyanatlar verməsinə baxmayaraq, ölkəmiz yenə də münaqişənin sülh variantı ilə həllində maraqlı olduğunu bəyan etdi və bütün dünyaya bir daha sülhpərvər mövqeyni nümayiş etdirdi. Ancaq bununla belə, dövlət başçımız, Ali Baş Komandanımız hər zaman belə bir mövqeni də səsləndirib ki, əgər münaqişə sülh yolu ilə həllini tapmasa, Ermənistan təcavüzkarlıq siyasətindən əl çəkməsə, başqa variantlardan istifadə hüququnu özündə saxlayır, öz toprpaqlarını istənilən yolla və son qarışınacan azad edəcək. Buna Azərbaycanın, Azərbaycan Ordusunun hər cür gücü, potensialı var.  

“Bizim məqsədimiz, əsas amalımız suverenliyimizi tam və birdəfəlik təmin etməkdir və biz bunu edəcəyik. Heç kimdə şübhə olmasın. Sadəcə, daha güclü olmalıyıq, məsələnin həlli üçün vaxtı və geosiyasi vəziyyəti düzgün qiymətləndirməliyik. Mənim fikrim budur və bilirəm ki, Azərbaycan xalqı mənim mövqeyimi dəstəkləyir. Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”-deyərək, dövlət başçımız bir daha özünün və Azərbaycanın mövqeyini ortaya qoydu. Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycanın olub və Azərbaycanın da olacaq. Kimsənin onu Azərbaycandan qoparması mümkün olmayacaq, bunu ancaq yuxularında görə bilərlər“-deyə, millət vəkili sözlərinə əlavə edib.

16:59

Etikxeber.az

Read Previous

“Dövlət başçısının da dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır və mütləq bərpa olunacaq…”- MİLLƏT VƏKİLİ

Read Next

“İslahatlar, milli dəyərlərlə bağlı olan tədbirlər, gənclərin milli ruhda tərbiyə olunması bu məqsədi güdür ki, bundan sonra Azərbaycan heç vaxt müstəmləkə olmasın”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir