Ombudsman təsisatının 15 illiyi ilə əlaqədar konfrans keçirilir- FOTO

Dekabrın 28-də Bakıda Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar konfrans keçirilir.

Etikxeber.az xəbər verir ki, multikulturalizm mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, xarici ölkələrin Azərbaycandaki səfirləri, Milli Məclisin deputatları, bir sıra dini icmaların rəhbərləri iştirak edirlər.

Etikxeber.az

Read Previous

“Beynəlxalq təşkilatlar çaışırlar ki, Qarabağ münaqişəsini dondursunlar, ancaq…” – ƏLİ HƏSƏNOV

Read Next

“Təmir-tikinti üçün ayrılan pulların 35 faizini nazirliyə verirdik”- “Rabitə işi”ndə yeni faktlar üzə çıxır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir