Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) sədri Oqtay Əsədov sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qreminger ilə görüşüb.
Etikxeber.az-ın xəbərinə görə, O. Əsədov ATƏT-in baş katibinin ölkəmizə səfərinin əlaqələrin inkişafına böyük töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan ilə ATƏT arasındakı münasibətlərdən danışan MM-in sədri ölkəmizin 25 ildən artıqdır qurumla uğurlu əməkdaşlıq etdiyini bildirib.
Ermənistan-Azərbaycan münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən O. Əsədov bildirib ki, ATƏT-in Minsk qrupu indiyənədək işğalçı dövlətə qarşı hansısa bir tədbir görməyib:
“Bu da Minsk qrupuna olan inamı azaldır. Bütün bunlara baxmayaraq Azərbaycan Minsk qrupunun danışıqlarına nikbin baxır”.
MM-in sədri ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dəstək göstərəcəyinə əminliyini ifadə edib.
O. Əsədov qeyd edib ki, Azərbaycanın regionda həyata keçirilən enerji layihələri çərçivəsində böyük uğurlar qazanıb:
“Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”.
ATƏT-in baş katibi Tomas Qreminger isə Azərbaycana səfəri barədə məlumat verib, ilk dəfə ölkəmizə altı il bundan əvvəl gəldiyini deyib.
O, bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla ATƏT arasında münasibətləri dərinləşdirməkdən ibarətdir.
Qeyd edib ki, Azərbaycan ilə ATƏT arasında münasibətlərin inkişafının davam etməsi üçün müəyyən imkanlar mövcuddur:
“Potensial imkanlardan istifadə etməklə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığı daha da möhkəmləndirilmək mümkündür”.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az