Ordumuzun Kəlbəcərdəki mövqeləri atəşə tutulub-MN

Oktyabrın 21-si saat 22:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə Etikxeber.az-a Müdafiə Nazirliyindən (MN) bildirilib.

MN-dən o da bildirilib ki, qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Etikxeber.az

Read Previous

KƏSMƏ ŞİKƏSTƏ -İradə TUNCAY yazdı

Read Next

Azərbaycan şahmatçısı-DÜNYA ÇEMPİONU OLDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir